Xəbər lenti

AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir
Ekonomiks 10:40 28.06.2025

AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

"Azərbaycan Hava Yolları" QSC (AZAL) iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir.

Bu barədə Qaynarinfo-ya AZAL-dan bildirilib.

Qeyd edilib ki, uçuşların müvəqqəti dayandırılması Yaxın Şərqdəki gərgin vəziyyət və bunun nəticəsində bir sıra ölkələrin hava məkanının bağlanması ilə bağlı idi. Hazırda bölgədə vəziyyətin sabitləşməsi Azərbaycan və İsrail arasında təhlükəsiz hava nəqliyyatının bərpasına imkan verir.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək olar.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->