UEFA Avropa Liqasında qrup mərhələsinə start verilib.
Oxu.Az xəbər verir ki, turnirin yeni mövsümü C qrupundakı bir qarşılaşma ilə başlayıb.
Günün yeganə oyunu Moskvada baş tutub.
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Polşanın "Legiya” klubu Rusiyada "Spartak” (Moskva) klubu ilə üz-üzə gəlib.
Matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Tək qolu qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə Lirim Kastrati vurub.
Oyuna start heyətində başlayan Emreli 82-ci dəqiqədə Tomaş Pexartla əvəzlənib.
Qeyd edək ki, C qrupunun digər oyununda İngiltərə "Lester”i İtaliya "Napoli”sini qəbul edəcək.
Şərhlər