XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açıb
Siyasət11:27 03.08.2020

MN: Ermənilər Azərbaycanın Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açıb

Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi adına saxta "Twitter" hesabı açılıb: 
"Vətəndaşları, sosial şəbəkə istifadəçilərini və KİV nümayəndələrini həmin profilə istinad etməməyə və bu https://twitter.com/Mod saxta hesabın bağlanılması üçün şikayət etməyə çağırırıq. Bildiririk ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi "Twitter" hesabı bu linkdədir: https://twitter.com/wwwmodgovaz”.