Muğam yapon musiqisi ilə sintez olundu (FOTO/VİDEO)
Yaponiyanın mədəniyyət işləri üzrə agentliyi və Yaponiya səfirliyinin təşəbbüsü ilə Azərbaycan Milli Konservatoriyasında konsert proqramı təşkil olunub.
"Qaynarinfo" xəbər verir ki, konsertdə milli muğam nümunələri ilə Yaponiyanın ənənəvi musiqsi sintez olunub.
"Samisen", "Şinobeu" kimi musiqi alətlərinin mahir ifaçılarının performansı müsiqisevərlərin marağına və alqışına səbəb olub.
Konsertdə Azərbaycanın xalq artistləri Ənvər Sadıqov və Emil Əfrasiyabın müşayəti ilə yapon musiqisi milli notlarla dinləyicilərə əvəzolunmaz dəqiqlər bəxş edib.
Sonda konservatoriyanın tələbələri təşkilatçılığa görə Yaponiyanın Azərbaycandakı səfirinə təşəkkür edib və xatirə şəkilləri çəkdiriblər.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər