Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlara (MİQ) hazırlıq zamanı İnformatika fənninin tədrisi vacibdir. Bu fənn dövrün əsas tələbidi, hazırda özünün həyati tətbiq parametri baxımından bütün fənləri qabaqlayır. Çağdaş dövr getdikcə onun aktuallığını artırır.
Qaynarinfo xəbər verir ki, RM nəşriyyatı və "Bələdçi” İnformatika Məktəbinin rəhbəri Tural Sofiyevin birgə hazırladığı "Müəllimlərin İnformatika Bələdçisi” kitabı istifadəyə verilib.
Müasir rəqəmsal inkişaf prosesində tələbatı ödəyən bu vəsaiti iki hissədən ibarətdir – test toplusu və müasir nəzəri müddiaları əks etdirən dərs vəsaiti.
Dərs vəsaiti xüsusi tərtibatla hazırlanmış və asan anlaşılan diaqramlar, sadə dilli izahlar, hər mövzunun sonunda proqramı əks etdirən sual-cavab formatlı xüsusi qeydlərdən, mövzu tam əhatəli, bu günə qədər qəbul imtahanlarında istifadə edilmiş sual tiplərinin izahından ibarətdir.
Test hissəsi isə Təhsil İnistutunun proqram çərçivəsinə uyğun hazırlanmış testlərdən ibarətdir. Həmçinin test hissəsində Elm və Təhsil Nazirliyinin 2014-2023-cü illə ərəfəsində MİQ imtahanları üzrə test tapşırıqları yer alıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər