Xəbər lenti

Əməkdar artist:
Video 19:03 23.06.2026

Əməkdar artist: "Cabbar müəllim deyib ki, Könül özü bilər, mən isə..."

Əməkdar artist Könül Kərimovanın bəstəkar Cabbar Musayevlə bağlı verdiyi açıqlaması geniş müzakirəyə səbəb olub.

Qaynarinfo xəbər verir ki, müğənni Cabbar Musayevlə verilişlərin birində qonaq olub. Həmin verilişdə Könül Kərimova Cabbar Musayevin bəzi sənət adamları ilə küsülü olduğunun səbəblərini açıqlayıb: 

"Sənət aləmində bir-iki şəxs var ki, zamanında inciyib, küsmüşəm və bu gün onlarla barışmışam. Amma Cabbar müəllim mənə görə onlarla barışmayıb. Onlardan biri bu yaxınlarda Cabbar müəllimə yaxınlaşıb ki, siz məni niyə danışdırmırsınız? Biz Könüllə barışmışıq, danışırıq. Cabbar müəllim də deyib ki, Könül özü bilər, mən onun çəkdiyi əziyyəti gözümlə görmüşəm. Az qalmışdı infarkt vursun".

Könül Kərimova bu səbəbdən Cabbar Musayevin həmin sənət adamları ilə hələ də küsülü olduğunu xatırladıb.

Bahar Rüstəmli
--> -->