Xəbər lenti

"Caspian İnternational Hospital"ın direktoru "Intagram" reklamına görə cərimələndi
Ölkə17:41 23.06.2026

"Caspian İnternational Hospital"ın direktoru "Intagram" reklamına görə cərimələndi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Caspian International Hospital” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktoru Cəbrayıl Abbasov "Instagram” sosial şəbəkəsində reklama görə cərimələnib.
Qaynarinfo-nun məlumatına görə, buna səbəb klinikaya məxsus "caspianinternationalhospital” adlı Instagram səhifəsində ginekoloq Lalə Kılıçın təqdimatında süni mayalanma xidmətinin reklamının yayımlanması olub.
Hadisə ilə bağlı "Caspian International Hospital” MMC-nin direktoru Abbasov Cəbrayıl Nemət oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi (reklamı qadağan olunmuş məhsulların, texnikanın və xidmətlərin reklamı, habelə reklam yayımı qaydalarının pozulması) üzrə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə klinikanın 2026-cı il üçün özəl tibb fəaliyyəti üzrə lisenziyada nəzərdə tutulmayan ekstrakorporal süni mayalanma xidmətinin reklamını həyata keçirdiyi faktı təsdiqini tapıb.
Məhkəmənin qərarına əsasən, Cəbrayıl Abbasov İnzibati Xətalar Məcəlləsinin 428.10-cu maddəsi ilə təqsirli bilinib və 300 manat məbləğində cərimə edilib.
Aydın