Xəbər lenti

Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti tapıldı
Ölkə 19:57 07.10.2024

Namazdan sonra yoxa çıxan dördüncü kurs tələbəsinin meyiti tapıldı

Sentyabrın 30-da Samur-Abşeron kanalının Xızı rayonu ərazisindən keçən hissəsində meyiti tapılan şəxsin kimliyi müəyyənləşib.


Lent.az-ın məlumatına görə, meyit sudan çıxarılarkən tanınmaz halda olduğundan DNT analizi götürülüb.


Meyiti tapılan şəxsin sentyabrın 6-da itkin düşən Siyəzən şəhər sakini, 22 yaşlı Mahmud Məlikov olduğu təsdiqlənib.


Bu barədə M.Məlikovun yaxınları məlumat veriblər. Bildirilib ki, meyit dəfn üçün sabah ailəsinə təhvil veriləcək.


Faktla bağlı araşdırmalar davam etdirilir.


Qeyd edək ki, 22 yaşlı Mahmud Məlikov namaz qılmaq üçün məscidə gedib və geri qayıtmayıb.



Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->