Rusiya
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin Minskdə Belarus prezidenti
Aleksandr Lukaşenko ilə görüşdən və iki ölkənin xüsusi xidmət orqanlarının
kollegiya iclasından sonra keçirdiyi mətbuat konfransında xüsusi xidmət
orqanlarının Belarus dövlət quruluşunu konstitusiyaya zidd üsullarla dəyişdirmək
istəyi gördüklərini söyləyib.
Qaynarinfo
xəbər verir ki, bu haqda Rusiya KİV-ləri məlumat yayıb. "Xarici təsirlərə
gəldikdə, bu göz önündədir", - deyən Narışkin, bu təsirin arxasında mövcud
siyasi gücü dəyişdirmək cəhdi olduğunu bildirib.
"Artıq
əsası qoyulmuş Konstitusiya islahatı bir çox suallara cavab verəcək", -
deyən Narışkin eyni zamanda sabitliyin qorunmasının dövlətin və cəmiyyətin
inkişafı üçün vacib şərt olaraq qaldığını qeyd edib.
Alpər
Şərhlər