Xəbər lenti

Narkotikin təsiri altında avtobus sürdü, postda saxlanıldı
Ölkə 19:35 27.05.2024

Narkotikin təsiri altında avtobus sürdü, postda saxlanıldı

Mayın 23-də saat 18:00-da Abşeron rayonu ərazisindəki postda manevr qaydasını pozan "Daewoo" markalı avtobusun sürücüsü Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Qaynarinfo Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, sürücü Mirdamət Nəbiyevin narkotik vasitənin təsiri altında olması müəyyən edilib. Polis əməkdaşları onun barəsində protokol tərtib edərək məhkəməyə göndəriblər.

Məhkəmənin qərarı ilə M.Nəbiyev iki il ərzində sürücülük hüququndan məhrum edilməklə 30 gün müddətinə inzibati qaydada həbs olunub

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->