Xəbər lenti

Texnologiya 11:28 14.10.2020

NASA Aya və Marsa uçacaq raketi sınaqdan keçirdi

Blue Origin kosmik şirkəti NASA ilə birgə kosmosa pilotsuz suborbital raket buraxıb.


Qaynarinfo xəbər verri ki, uçuş zamanı təxminən 100 kilometr yüksəklikdə Ay və Marsa eniş modullarında istifadə ediləcək yeni texnologiyalar sınaqdan keçirilib.


Kapsul gələcək ticarət uçuşları üçün də sınaqdan keçirilib. Sərnişinlərin çəkisizlik şəraitində kosmosda on dəqiqəyə qədər vaxt keçirə biləcəyi planlaşdırılır.

 

Kosmosa səyahət edən ilk amerikalı kosmonavt Alan Şepardın adını daşıyan "New Shepard” raket təyyarəsi Texasda öz start sahəsinə uğurla eniş edib.

 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?