Xəbər lenti

NATO niyə Ukraynanı silahlandırmağa tələsir? - Fransalı siyasətçi
Dünya 13:10 18.06.2024

NATO niyə Ukraynanı silahlandırmağa tələsir? - Fransalı siyasətçi

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot bildirib ki, ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Tramp qalib gəlməzdən əvvəl NATO Ukraynanı silahlandırmağa tələsir. 

Qaynarinfo xəbər verir ki, bu haqda qeyd onun X sosial şəbəkəsindəki səhifəsində yer alıb.

Onun sözlərinə görə, NATO "Ukraynada müharibəyə tələsir” və Trampın münaqişə ilə razılaşmadığını bildirdiyi və Vladimir Zelenskini qınadığı üçün respublikanı on milyardlarla həcmdə maliyyələşdirir. Filippo nəşrə Trampın çıxışının videosunu əlavə edib və burada o, Ukrayna liderini "tarixin ən böyük treyderi” adlandırıb.

"O haqlıdır! Gəlin bu sirki dayandıraq, pul verməyi və silahlanmağı dayandıraq! Tezliklə sülh olsun!" – Filippo yazıb.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, iyulda Vaşinqtonda baş tutacaq sammitdə iştirakçılar ABŞ-ın yükünü azaltmaq üçün Ukraynaya maliyyə və hərbi yardımı artırmaq barədə razılığa gələcəklər.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->