Xəbər lenti

Naxçıvanda siyahıyaalma yekunlaşdı
Ölkə 19:57 28.03.2023

Naxçıvanda siyahıyaalma yekunlaşdı

Naxçıvanda yanvarın 10-dan başlayan siyahıyaalma artıq başa çatıb və ərazi dairələrində əldə olunan məlumatlar mərkəzi sistemə əlavə edilir.

Qaynarinfo xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla bağlı müvafiq müşavirə keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah yaradılıb. Ötən dövrdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsi və yerli özünüidarəetmə orqanları əməkdaşları bütün yaşayış məntəqələrində ev təsərrüfatlarının uçotunu aparmaqla məlumatları dəqiqləşdiriblər.

Qeyd edək ki, tətbiq edilən proqram təminatı sayəsində məlumatlar ölkənin vahid elektron sisteminə inteqrasiya edilir. Bu da şəhər və rayonlar üzrə statistik göstəricilərin daha dəqiq işlənməsi, daha çevik əldə olunması, müqayisə aparılması, təkrarçılığın aradan qaldırılması kimi üstünlükləri təmin edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->