XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nazir Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının tarixini açıqladı
Ekonomiks17:05 01.07.2022

Nazir Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasının tarixini açıqladı

"Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərinin qurulmasının 30-cu ildönümünü qeyd edirik. İki ölkə arasındakı münasibətlər bərabərhüquqlu tərəfdaşlığa əsaslanır və bu ölkələr bir çox sahədə, o cümlədən terrorizmə qarşı mübarizədə əməkdaşlıq edir”. 
Qaynarinfo xəbər verir ki, bunu Bakıda ABŞ-ın Müstəqillik Günü ilə bağlı keçirilən tədbirdə maliyyə naziri Samir Şərifov deyib.  
O bildirib ki, Azərbaycan ABŞ-ın enerji təhlükəsizliyi ilə bağlı mövqeyini yüksək qiymətləndirir. 
Nazir qeyd edib ki, bu ilin noyabrında Vaşinqtonda keçiriləcək Azərbaycan-ABŞ İqtisadi Əməkdaşlıq Komissiyasının iclasına hazırlıq işləri görülür.