Neft qiymətinin düşməsi Səudiyyə Ərəbistanı və ABŞ-ın İran və Rusiyaya qarşı apardığı neft müharibəsinin nəticəsidir.
ANS PRESS-in məlumatına görə, belə bir iddianı “The New York Times” nəşri irəli sürüb.
Onlar aşağı qiymətlərlə rəqiblərini iflasa uğratmaq istəyirlər. Qəzetin bildirdiyinə görə, anoloji vəziyyət Sovet İttifaqı dağılarkən 1990-cu illərdə də qeydə alınıb.
Lakin, Rusiyanın müxalifyönlü siyasətçisi Boris Nemsov isə “qara qızıla” qiymətlərin düşməyində ehtiyyatlardan istifadə edərək ABŞ-nin Şist neftin emalını birdən çoxaltmasında görür. Qeyd olunan neftin barreli 35-65 dollar ətrafında olduğundan Nemsov dünya bazarında qiymətin 70 dollardan aşağı düşməyəcəyini proqnoz edib.
Qaynar.info
Şərhlər