XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Nəşi tapılan polkovnik-leytenant dəfn edildi (FOTO)
Ölkə11:57 25.01.2021

Nəşi tapılan polkovnik-leytenant dəfn edildi (FOTO)

Vətən müharibəsində itkin düşən, daha sonra şəhid olduğu müəyyənləşən polkovnik-leytenant, tabor komandiri Atəm Əliyev bu gün dəfn edilib. 
Polkovnik-leytenant doğulduğu Ağdaş rayonunun Abad kəndində torpağa tapşırılıb. 
Dəfn mərasimində rayon sakinləri, şəhidin döyüş yoldaşları, ailə üzvləri iştirak edib. 
Qeyd edək ki, 1982-ci il təvəllüdlü A. Əliyev həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib. Vətən müharibəsində taboru ilə birlikdə Murovdağın alınmasında iştirak edib, daha sonra həmin istiqamətdə gedən döyüşlərdə itkin düşmüşdü.