Xəbər lenti

Niderland F-16 qırıcılarının ilk partiyasını Ukraynaya 2024-cü ildə verəcək
Dünya 15:00 27.09.2023

Niderland F-16 qırıcılarının ilk partiyasını Ukraynaya 2024-cü ildə verəcək

Ukrayna Niderlanddan ilk F-16 qırıcılarını 2024-cü ildə alacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Krallığın müdafiə naziri Kaysa Ollonqren MSNBC telekanalına müsahibəsində bildirib.

Nazir daha konkret tarixlər söyləməkdə çətinlik çəkib. Ollonqrenin sözlərinə görə, hər şey ukraynalı pilotların hazırlığının nə qədər davam edəcəyindən asılı olacaq. Niderlandın özündə hazırlıqların 6-8 ay çəkəcəyi gözlənilir.

"Bu, pilotlarımızın məşqi ilə müqayisədə çox sürətlidir. Hazırda Rumıniyada təlim mərkəzinin yaradılması üzərində işləyirik. Biz onun ən qısa zamanda açılmasını gözləyirik”, - deyə nazir əlavə edib.

Ollonqren ilk partiyaya neçə qırıcının daxil ediləcəyini açmayıb.

Qeyd edək ki, Niderland və Danimarka ilk olaraq F-16-ların Ukraynaya təhvil verilməsinə razılıq verib. Birləşmiş Ştatlar bu təyyarələrin istehsalçı ölkəsi olaraq artıq onların tədarükünü razılaşdırıb və pilotların hazırlanmasına icazə verib.

Danimarka Ukraynaya 19 ədəd F-16 qırıcısı vəd edib. İlk altı təyyarə 2024-cü ilin əvvəlindən Ukrayna Silahlı Qüvvələrinin xidmətində olacaq. 42 təyyarəsi olan Niderland Ukraynaya nə qədər F-16 ayıra biləcəyinə hələ qərar verməyib.

Norveçin baş naziri Yonas Qar Störe də F-16-nı Kiyevə təhvil vermək niyyətində olduğunu açıqlayıb. Hökümət başçısı qırıcıların sayını və çatdırılma tarixlərini daha sonra açıqlayacağını vəd edib. NRK-nın məlumatına görə, söhbət 5-10 təyyarədən gedir.

Kiyevdəki hərbi mənbələr The Wall Street Journal-a bildiriblər ki, Ukrayna Silahlı Qüvvələri gələn qışda döyüş meydanında F-16-dan istifadə etməyi gözləyir. Onların sözlərinə görə, ABŞ sentyabr-oktyabr aylarında ukraynalı pilotların hazırlanmasına başlayacağından bir neçə mütəxəssis artıq 2024-cü ilin fevralında cəbhəyə gedə biləcək. Bundan əlavə, avqust ayında ilk səkkiz pilot Danimarkada F-16 təlimlərinə başlayıb.

Ukrayna Hərbi Hava Qüvvələrinin spikeri Yuri İqnat qeyd edib ki, döyüş meydanındakı vəziyyəti hər biri 12 təyyarə olmaqla iki qırıcı eskadrilya dəyişə bilər. "F-16 Ukraynanı raket terrorundan qorumağa, Rusiya gəmilərini və Rusiya təyyarələrini qovmağa, havada üstünlük əldə etməyə qadirdir”, - o vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->