Prezident İlham Əliyev Nurlana Müzəffər qızı Əliyevanın Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Bununla bağlı president.az məlumat yayıb.
Qeyd edək ki, 2016-cı il iyunun 23-də Azərbaycan Prezidentinin sərəncamı ilə Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsinə təyin edilmişdi.
N.Əliyeva 1990-2016-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru olub. 2016-cı ilin aprel-iyun aylarında təhsil nazirinin müşaviri vəzifəsində çalışıb.
Şərhlər