Xəbər lenti

Dünya 16:45 31.10.2020

Nurməhəmmədov: “Allah Makronun üzünü yaman günə qoysun”

Rusiyanın UFC yüngül çəkidə çempionu Həbib Nurməhəmmədov Məhəmməd peyğəmbərin karikaturları ilə bağlı daha bir çıxış edib.


Qaynarinfo xəbər verir ki, öz İnstaqram hesabında Həbib "İslam və müsəlmanların düşmənləri"nin söz azadlığı uğrunda mübarizə bəhanəsi ilə dünyanın yüz milyonlarla inanclısının hisslərini alçaltmağa çalışdıqlarını qeyd edib. Onun sözlərinə görə, onlar insanların ən kamilinin karikaturalarını çəkirlər. Nurmaqomedov "gözəl kitabında yayılmasını sona çatdıracağını vəd edən Allahın” nurunu söndürə bilməyəcəklərini vurğulayıb.


Həbib bu hərəkətlə müsəlman möminlərin hisslərini təhqir etdiklərini və "elçisini cahil insanların hücumlarından qorumağı vəd edən Aləmlərin Rəbbinə meydan oxuduqlarını" əlavə edib:


"Və qoy Allah insanların ən yaxşısına - peyğəmbərinə şərəfini alçaltmaq istəyən hər kəsə öz əzabını göndərsin".


Qeyd edək ki, bundan bir qədər əvvəl Nurməhəmmədov öz fotobloqunda baş verənlərə münasibət bildirmişdi. O, Fransa prezidenti Emmanuel Makronu sərt bir şəkildə tənqid edib və milyard yarım müsəlmanı azadlıq şüarları adı altında təhqir etdiyi üçün Allahdan Makronun üzünü eybəcərləşdirməsini diləyib.

 

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?