Xəbər lenti

Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası (VİDEO)
Ölkə 15:41 26.07.2017

Oğluna 4 gün toy edən şəmkirli iş adamının villası (VİDEO)

Xəbər verdiyimiz kimi, şəmkirli iş adamı Vəliyev Qulu oğluna 4 gün 4 gecə toy edib.

Axşam.az-ın məlumatına görə, dəbdəbəli məclisin görüntüləri sosial şəbəkədə yayılıb və səs-küyə səbəb olub.

Bu gün isə iş adamının Şəmkirdə yerləşən villasının videosu paylaşılıb. Görüntünü əməkdar artist Vəfa Zeynalova "Instagram" səhifəsində yayımlayıb.

Şiştəpə kəndində olan toya türkiyəli müğənni Kibariyə ilə yanaşı, xalq artisti Brilliant Dadaşova, Rusiyanın məşhur qrupu “Kabriol” və başqaları dəvət olunub. 

Toyun aparıcıları əməkdar artist Vəfa Zeynalova və müğənni-bəstəkar Murad Arif olub.

Qeyd edək ki, Q. Vəliyev Rusiyada biznes fəaliyyəti ilə məşğuldur. O, qonşu ölkədə tanınan azərbaycanlı iş adamlarından biridir.

Qaynarinfo.Az

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->