Xəbər lenti

25 il vəzifədə çalışan şəxs məhkəmədə həbs edildi - 850 minlik kredit ayıracaqmış...
Ölkə 11:52 22.06.2025

25 il vəzifədə çalışan şəxs məhkəmədə həbs edildi - 850 minlik kredit ayıracaqmış...

Prezident Administrasiyasının Sənədlərin dövriyyəsi şöbəsində aparıcı məsləhətçisi vəzifəsində işləmiş şəxs həbs edilib. O, bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirli bilinib.

Musavat.com xəbər verir ki, 1974-cü il təvəllüdlü Elşən Aslanzadə xeyli miqdarda dələduzluqda ittiham olunaraq məsuliyyətə cəlb edilib. O, qeyd edilən vəzifədə 1998-ci ildən 2023-cü ilədək çalışıb.

İstintaqla müəyyən edilib ki, Elşən Aslanzadə bir nəfərdən dayandırılmış pensiyasını bərpa etdirmək adı ilə 15500 manat alıb.

Başqa bir nəfəri "Azərsu”da idarə rəisi vəzifəsinə düzəldəcəyini vəd edərək 25 min dollar alıb. Üçüncü şəxsdən isə onu Ağdamda icra nümayəndəsinin müavini vəzifəsinə düzəltmək adı ilə 6 min manat alıb.

İş üzrə sonuncu zərərçəkmişdən isə ona Azərbaycan Beynəlxalq bankından 850 min manat kredit götürməsinə kömək edəcəyini vəd verərərək 26700 manat pulunu alıb.

Elan olunmuş ittihamla özünü tam təqsirli bilən Elşən Aslanzadə qeyd edib ki, aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib. O, vəd etdiyi işləri görmək üçün heç kimə pul vermədiyini söyləyib. Bildirib ki, vəd etdiyi işləri görməklə bağlı heç bir səlahiyyəti olmayıb, heç bir vəzifəli şəxslə də əlaqə yaratmayıb.

Zərərçəkmişlərdən biri "Aqromiks” MMC-nin direktoru olub. Elşən Aslanzadə 850 min manatlıq kredit ayrılmasını təşkil etmək üçün MMC-nin direktorundan 60 min manat istəyib. Direktor 30 mini əvvəlcədən, qalan hissəsini isə krediti aldıqdan sonra ödəyəcəyini deyib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, Elşən Aslanzadə zərərçəkmişlərdən ikisi ilə barışıb.

Elşən Aslanzadə əməllərini etiraf edərkən peşman olduğunu bildirib.

Məhkəmənin hökmü ilə Elşən Aslanzadə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. İstintaq dövründə 5 ay həbsdə saxlanılan və sonradan azadlığa buraxılan Elşən Aslanzadə məhkəmə zalında həbs edilib.

Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında qandallanıb. Onun cəzasının çəkilməmiş 1 il 10 aylıq hissə qalıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->