"Bütün
ölkələrdə ordu və silah texnikası saxlamaq ölkənin əhalisinin sayına görə müəyyənləşir”.
BunuQaynarinfo-ya açıqlamasında hərbi ekspert Emin Həsənov deyib. Ekspert bunun əsas
səbəbini silahların daha çox yayılmaması ilə izah edib:

"Razılaşmalar
var və buna əməl edilməlidir. Azərbaycan bu kvotaya tam əməl edir. Azərbaycanla
Ermənistan arasında bu kvota 1992-ci ildə imzalanıb. Amma Ermənistan bu kvotaya
əməl etmir, Qarabağda qanunsuz silahlardan istifadə edir. Ermənistanın silah
kvotasının nə qədər olduğunu bilmirəm, bunu araşdırmaq lazımdır”.
Ekspert
qeyd edib ki, Ermənistan bütün beynəlxalq hüquq qaydalarını pozur:
"Tək
terror, işğalla, soyqırımla, miqrasiya ilə bağlı deyil, eyni zamanda silah
kvotasını da pozub. Ermənistanın mülki əhaliyə atəş açması hələ təkcə bir
fakdır. Beynəlxaq hüquqda o cinayət yoxdur ki, Ermənistan onu törətməsin. Bu məsələ
də qəbuledilməzdir. Artıq Azərbaycan bununla bağlı dəfələrlə BMT, ATƏT-i məlumatlandırıb,
dəfələrlə fikirlər deyilib. Amma beynəlxalq aləm heç bir ölçü götürmədi. İndi
ölçünü Azərbaycan dövləti və ordusu götürür. Azərbaycan ordusu onları cəzalandırır,
texnikaları da məhv edir, Ermənistan iqtisadiyyatına da zərbə vurur. Silahlar
bir yana, Ermənistanın bir əsgərinin orada olması belə qanunsuzdur. Azərbaycan
da beynəlxalq hüququ, ədaləti bərpa edir”.
Emin Həsənov
qeyd edib ki, beynəlxaq təşkilatlar Ermənistanın Gəncə şəhərində törətdiyi
cinayətlə bağlı konkret heç bir ölçü götürmədilər:
"Azərbaycan
onların cinayətini dünyaya yaydı. Ona görə də bu ölçünü Azərbaycan ordusu
götürdü”.
Qeyd
edək ki, Prezident İlham Əliyev xalqa müraciətində Ermənistanın beynəlxalq
konvensiyaları pozduğunu açıqlayıb. "Düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi
qənimət kimi götürülüb - toplam 280 tank. Amma yenə də hələ ki, tanklar var, həm
işğal edilmiş torpaqlarda, həm Ermənistan ərazisində. Haradandır onlarda bu qədər
tank? Bir də ki, bu, bütün bu məsələni tənzimləyən beynəlxalq konvensiyalara
ziddir. Bəs bu konvensiyalara monitorinq aparmalı olan qurumlar niyə buna fikir
verməyiblər?”- Prezident bildirib.
Bahar
Rüstəmli
Şərhlər