Xəbər lenti

Pakistan Əfqanıstan mallarının tranzitinə ciddi məhdudiyyətlər qoyur
Dünya 23:35 26.05.2024

Pakistan Əfqanıstan mallarının tranzitinə ciddi məhdudiyyətlər qoyur

Pakistan Əfqanıstandan malların tranziti qaydalarını sərtləşdirir. 

Qaynarinfo xəbər verir ki, nu barədə Pakistanın "The Express Tribune" nəşri ölkənin Federal Gəlirlər Bürosuna istinadən məlumat yayıb. 

İndi Əfqanıstan yüklərinin yalnız Əfqanıstan tranzit ticarəti (ATT) haqqında hökumətlərarası sazişdə nəzərdə tutulmuş marşrutlar üzrə daşınmasına icazə verilir.

"Əfqanıstan malları yalnız ATT müqaviləsində göstərilən marşrutlar üzrə hərəkət edəcək. ATT malları üçün başqa heç bir marşruta - nə dənizə, nə də quruya buraxılmayacaq", deyə nəşr yazıb.

Bundan əlavə, nəqliyyat şirkətləri sürücülərin müvəqqəti giriş sənədlərini əldə etmək üçün xüsusi idarələrdə məcburi qeydiyyatdan keçməlidirlər. Bu sənədlərdə sürücü, daşınan mallar və Pakistanda qalma müddəti haqqında məlumatlar olacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->