Siyasət 14:14 30.03.2024

"Paşinyan xahiş edib, Rusiya sərhədçiləri Azərbaycanla sərhədə yerləşdirilib" - Səfir

"Ermənistan və Azərbaycan sərhədində Rusiya sərhədçilərinin müşahidə məntəqələri baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə yerləşdirilib". 

Qaynarinfo xəbər verir ki, bunu Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin "24News" portalına müsahibəsində bildirib.

"2020-ci ildə vəziyyətin sabitləşməsinə kömək məqsədilə baş nazir Nikol Paşinyanın şəxsi xahişi ilə Rusiya hesabına Azərbaycanla sərhəddə yerləşdirilən müşahidə məntəqələrimizi qeyd etməyəcəyəm. Ermənistan tərəfi heç vaxt Rusiya müşahidə məntəqələrinin yerləşdirilməsini qanuniləşdirməyə qərar verməyib", deyə səfir bildirib.

Kopırkin Rusiya sərhədçilərinin Ermənistanda olduğunu vurğulayıb: "Buna Rusiya dövlət büdcəsindən xeyli pul xərclənib".

Ermənistan parlamentinin spikeri Alen Simonyanın Rusiyanın Azərbaycanın Ermənistana hücuma icazə verməsi barədə bəyanatını şərh edən səfir deyib ki, vəziyyət kifayət qədər çətin olanda Rusiya fəlakətə yol verməyib.

Aydın