Pekində keçiriləcək Qış Olimpiya Oyunları üçün bilet satışı olmayacaq.
Qaynarinfo xəbər verir ki, Bu haqda yarışın təşkilat komitəsi məlumat yayıb. Xəbərə görə 2022-ci il Pekin Qış Olimpiya Oyunlarının təşkilat komitəsi Çində Covid-19-un "Omicron" ştamının yayılması səbəbindən ümumi bilet satışının həyata keçirilməyəcəyini açıqlayıb.
Bu qərarın idmançıların sağlamlığını qorumaq üçün verildiyi vurğulanıb. Qonaqların oyunlara kiçik qruplarda qatılacağı da bildirilib.
Fevralın 4-də açılış mərasimi ilə başlayacaq 2022-ci il Pekin Qış Olimpiya Oyunları fevralın 20-də başa çatacaq. Paralimpiya Oyunları martın 4-dən 13-dək keçiriləcək.
Səbuhi Həsənov
Şərhlər