Xəbər lenti

İdman 20:16 22.09.2024

"Səbail" - "Sabah" oyununda 6 qol

Misli Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

Qaynarinfo xəbər verir ki, "ASCO Arena"da baş tutan matçda "Səbail" "Sabah"ı qəbul edib.

Məhsuldarlığı ilə yadda qalan qarşılaşma "bayquşlar"ın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Tura saat 20:30-da başlayacaq "Sumqayıt" - "Zirə" görüşü ilə yekun vurulacaq.

Qeyd edək ki, VII turun əvvəlki oyunlarında "Şamaxı" "Kəpəz"i 2:0, "Qarabağ" "Neftçi"ni 4:0, "Araz-Naxçıvan" isə 'Turan Tovuz"u 2:1 hesabı ilə məğlubiyyətə uğradıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->