Xəbər lenti

Motsartın naməlum əsəri təsadüfən tapıldı:
Dünya 15:40 22.09.2024

Motsartın naməlum əsəri təsadüfən tapıldı: "Gecə üçün kiçik musiqi"

Almaniyada Volfqanq Amadey Motsartın yeniyetmə ikən yazdığı naməlum musiqi parçası tapılıb. 

Qaynarinfo "The Guardian"a istinadən xəbər verir ki, əsər Leypsiqdəki kitabxanalardan birində saxlanılıb.

"Ganz kleine Nachtmusik ("Gecə üçün kiçik musiqi") adlı əsər 1760-cı illərin ortalarından sonlarına aiddir və simli trio üçün təxminən 12 dəqiqə davam edən yeddi miniatür hərəkətdən ibarətdir.

Tədqiqatçılar əsəri şəhərin musiqi kitabxanasında Motsartın musiqi əsərlərinin arxivi olan "Köçel" kataloqunun son nəşrini tərtib edərkən aşkar ediblər.

Tədqiqatçıların fikrincə, bu yaxınlarda aşkar edilmiş əlyazma Motsartın özü tərəfindən yazılmayıb, lakin təxminən 1780-ci ildə hazırlanmış bir nüsxə olduğu güman edilir. Bu əsərin hələ də tək əlyazma halında olduğu iddia edilir və orada müəllifin göstərilməsi əsərin Motsartın İtaliyaya ilk səfərindən əvvəl yazıldığını göstərir.

"Ganz kleine Nachtmusik" cümə axşamı Avstriyanın Zalsburq şəhərində "Köçel"in yeni kataloqunun təqdimat mərasimində simli trio tərəfindən ifa olunub. Onun Almaniya premyerası şənbə günü Leypsiq Operasında baş tutacaq.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->