Xəbər lenti

Alyaskada müharibə ehtimalı: ABŞ əyalət sahillərində yaxınlığında dəniz gücünü artırır
Dünya 14:10 22.09.2024

Alyaskada müharibə ehtimalı: ABŞ əyalət sahillərində yaxınlığında dəniz gücünü artırır

ABŞ ordusu Rusiya və Çinin əyalət sahillərində artan hərbi fəaliyyəti ilə bağlı artan gərginlik fonunda Alyaska yaxınlığında mövcudluğunu durmadan artırır.

Qaynarinfo xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.

Son bir ayda "USS Sterett" esminesi bu ərazidə fəaliyyət göstərən Rusiya Hərbi Dəniz Qüvvələrinin gəmilərinə cavab olaraq Alyaska sahillərinə yerləşdirilib. Ordu qoşunları uzaq bir Alyaska adasına enib, ştatda yerləşən qırıcı eskadrilyalar və digər təyyarələr yüksək hazırlıq vəziyyətinə gətirilib.

Qeyd olunur ki, bu hərəkətlər Rusiyanın Alyaska yaxınlığında həyata keçirdiyi bir sıra hava əməliyyatlarından sonra, eləcə də Rusiya və Çinin Yaponiya yaxınlığında Sakit okeanda hərbi gəmilərin iştirakı ilə birgə təlimlər keçirməsindən sonra baş verib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov bildirib ki, Rusiya Norveç, İsveç, Finlandiya, Danimarka, Kanada, ABŞ, İslandiya və Rusiya ərazilərini əhatə edən Arktikada NATO ilə münaqişəyə tam hazırdır. Rusiya Federasiyası istisna olmaqla, sadalanan bütün ölkələr NATO-nun üzvüdür.

"Biz görürük ki, NATO Arktikada mümkün böhranlarla bağlı təlimləri gücləndirir. Ölkəmiz hərbi, siyasi və müdafiə-texnoloji baxımdan öz maraqlarını müdafiə etməyə tam hazırdır", deyə Lavrov bildirib.

Eyni zamanda o, əlavə edib ki, Arktika Şimali Atlantika Alyansının ərazisi deyil. Lavrov qeyd edib ki, Çin və Hindistan kimi digər qeyri-Arktika ölkələrin də orada öz maraqları var.

Alyaskadan olan ABŞ senatoru Den Sallivan bölgədəki mövcud vəziyyətdən dərin narahatlığını ifadə edərək, orada Rusiya və Çin hərbi fəaliyyətinin miqyasının və tezliyinin əhəmiyyətli dərəcədə artdığını vurğulayıb.

"Sürət, vəsaitlərin sayı əhəmiyyətli dərəcədə artıb. Ruslar hava, quru və yeraltı qüvvələrdən istifadə edirlər, lakin bunu Çinlə hər zamankından daha tez-tez birlikdə edirlər", deyə o, Moskva və Pekinin açıq şəkildə eskalasiya etməkdə qərarlı olduğunu qeyd edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->