Xəbər lenti

İranda kömür mədənində partlayış: 50 nəfər ölüb
Dünya 13:50 22.09.2024

İranda kömür mədənində partlayış: 50 nəfər ölüb

İranın şərqindəki Cənubi Xorasan ostanının Təbəs şəhərində kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri ötüb.

Qaynarinfo xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

"Təbəsdəki şaxtada baş vermiş insident nəticəsində ölənlərin sayı 51 nəfərə çatıb, daha 20 nəfər yaralanıb”, - agentlik bildirib.

Qeyd olunub ki, hadisə yerində xilasetmə işləri davam edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->