Ölkə 18:37 01.06.2023

Pənah Hüseynin partiyası bağlanır? – Keçmiş baş nazirdən açıqlama

Keçmiş baş nazir Pənah Hüseynin sədri olduğu Azərbaycan Xalq Partiyasının (AXP) fəaliyyətini dayandırcağaı iddia edilir.

Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, AXP "Siyasi partiyalar haqqında” yeni qanunun tələbələrini yerinə yetirmək iqtidarında olmadğına görə Pənah Hüseyn təşkilatın fəaliyyətini dayandırmaq qərarına gəlib. 

Pənah Hüseyn isə Qaynarinfo-ya açıqlamasında bildirib ki, bu iddiaların əsası yoxdur. "Hələ ötən ilin dekabr ayında Azərbaycan Xalq Partiyasının qurultayı keçirilib. Həmin qurultayda mən açıq şəkildə sua vermişəm ki, davam, yoxsa tamam? Partiya üzvləri davam deyiblər və biz də fəaliyyətimizi davam etdiririk”, - deyə AXP sədri bildirib. 

Pənah Hüseyn əlavə edib ki, üzvlərin sayının 5000-ə çatdırılması istiqamətində də iş gedir. "İşçi qrup yaratmışıq. Üzvlərimizin siyahısı üzərində iş gedir. Hələ iyula qədər vaxt var. Bundan sonra da müəyyən müddət veriləcək. Hesab edirəm ki, biz də bu vaxt ərzində yeni qanunun tələblərini yerinə yetirə biləcəyik”, - deyə keçmiş baş nazır əlavə edib.

Seyid