Xəbər lenti

Penitensiar Xidmət 600 minlik mebel alır - Qalib şirkət kimindir?
Ekonomiks 17:59 27.11.2023

Penitensiar Xidmət 600 minlik mebel alır - Qalib şirkət kimindir?

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti "Caspian Consulting and Services” MMC ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo xəbər verir ki, maliyyə dəyəri 592 784,8 AZN olan müqavilədə mebel və avadanlıqların alınıb quraşdırılması nəzərdə tutulur. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Caspian Consulting and Services” MMC 15 avqust 2019-cu ildə qeydiyyata alınıb. 

Nizamnamə kapitalı 60 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Qarabağ küçəsi, ev 8, mənzil 264-də yerləşir. MMC-nin qanuni təmsilçisi Həsənov Bəhruz İldırım oğludur. 

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

Bəzi iddialara görə "Caspian Consulting and Services” MMC konsaltinq şirkətidir. Şirkətin adı da bu iddiaların əsaslı olduğuna şübhələri artırır. 

Dövlət satınalmalarının vahid elektron portalında yelrəşdirilən məlumatlardan aydın olur ki, Pernitensiar Xidmət ötən "Qardaşlar Mebel” QSC ilə mebellərin satın alınması üçün 137 minlik müqavilə imzalayıb. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->