Xəbər lenti

Pirsaat çayı daşdı, Qubalıbaloğlan 1 metr su içində qaldı (FOTO)
Video 17:53 28.06.2024

Pirsaat çayı daşdı, Qubalıbaloğlan 1 metr su içində qaldı (FOTO)

İntensiv yağan yağışlar nəticəsində Pirsaat çayının Hacıqabul rayonunun Qubalıbaloğlan kəndindən keçən hissəsində sel gəlməsi səbəbindən bəzi ərazilər su altında qalıb.

Qaynarinfo xəbər verir ki, kəndin bəzi hissələrində suyun səviyyəsi 80 sm - 1metrə qədər yüksəlib.  Sel hələ də davan edir.

Qeyd edək ki, Qubalıbaloğlan kəndində bəzi ərazlərin subasmaya məruz qalması və vətəndaşların köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə məlumatlar daxil olub. Bununla əlaqədar FHN-in Mülki müdafiə qoşunları və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün əraziyə cəlb olunub.

Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlar təxliyə edilib. Həmçinin, Mülki müdafiə qoşunları tərəfindən çayın kənd ərazisindən keçən hissəsində zəruri olan yerlərdə bəndbərkitmə işləri həyata keçirilir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->