Dünya 19:05 22.11.2019

PKK içində böyük qarşıdurma: Mazlumun yerinə Dəmirdaş hazırlanır

Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu PKK terror təşkilatı içərisində hesablaşma mövzusunda sensasiyalı detallar açıqlayıb.

Qaynarinfo xəbər verir ki, "Hurriyet”ə müsahibəsində Soylu Qəndil və Fərhad Abdi Şahin arasında bir uçurum yarandığını, Suriyada həyata keçirilən hər terror aktında ABŞ-la birbaşa əlaqədə olduğu üçün YPG terrorçusuna qarşı Qəndilin soyuq rəftar etdiyini deyib.

Nazir bildirib ki, ABŞ Abdi Şahinə qanuni şəkil verməyə çalışır, ancaq Qəndil və HDP-nin bu vəziyyətdən razı deyil: "Normalda üstünə getmələri lazmıdır, amma səssiz qalmağı üstün tuturlar”.

"Qəndil YPG-ni Afrində çətin vəziyyətə salmaq üçün dərhal öz dəstələrini geri çəkdi və ordakı uğursuzluğu Abdinin üstünə yıxıb onun YPG-ni idarə edə bilməməsi haqda həm təşkilat daxilində, həm də ictimaiyyət arasında rəy yaratmağa çalışır”, - Soylu əlavə edib.

Soylu terror təşkilatının öz içində baş verən bu daxili qarşıdurmanın mərkəzində Səlahəddin Dəmirdaş və Aponun törəmələrinin dayandığını deyib:
"İlk dəfə bir terror təşkilatının (PYD/YPG) bir dövlətin nəzarəti altına düşüdüyünü görürük. Təşkilat indi ABŞ tərəfindən idarə olunur. Abdi Şahinin əvəzinə birini hazırlayırlar. Qəndilin sərmayə qoyduğu şəxs Səlahəddin Dəmirdaşdır. Dəmirdaşı hazırlayırlar”.

Alpər