XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Əməkdar jurnalist Nurani dəfn edildi (FOTO)
Ölkə14:45 22.08.2026

Əməkdar jurnalist Nurani dəfn edildi (FOTO)

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) ilə Təzə Pir məscidində vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, mərasimdə jurnalistə ehtiram ifadə etmək üçün səhiyyə naziri Teymur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, media nümayəndələri, dostları, ictimai xadimlər iştirak edib.

Vida mərasimindən sonra Əməkdar jurnalist Tofiqəxanım Qasımova dəfn edilib.

Mərhumun nəşi Yasamal qəbiristanlığında, valideynlərinin yanında torpağa tapşırılıb.

Qeyd edək ki, Nurani avqustun 22-si 56 yaşında uzun sürən xəstəlikdən sonra müalicə aldığı xəstəxanada vəfat edib.