Xəbər lenti

Xalq artisti yol qəzası keçirdi: Vəziyyəti ağırdır (YENİLƏNİB)
Ölkə14:26 22.08.2026

Xalq artisti yol qəzası keçirdi: Vəziyyəti ağırdır (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avqustun 21-i saat 18:44 radələrində 1954-cü il təvəllüdlü qadın Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qəbul olunub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O qeyd edib ki, pasiyentə dərhal ilkin zəruri tibbi xidmətlər göstərilib və müayinələr aparılıb:

"Aparılan müayinələrin nəticələrinə əsasən pasiyentə çanaq və qabırğanın sınıqları diaqnozları təyin edilib. Hazırda xəstənin vəziyyəti ağır qiymətləndirilir, müalicəsi Reanimasiya şöbəsində davam etdirilir".

13.53

Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin üzvü, Xalq artisti, "Şöhrət" ordenli aktrisa Şükufə Yusupova ağır yol nəqliyyat hadisəsi keçirib, hazırda vəziyyəti ağırdır.

"Report" xəbər verir ki, bu barədə İttifaq məlumat yayıb.

Qeyd olunub, Xalq artisti Kliniki Tibbi Mərkəzə gətirilib, əməliyyat tələb olunur.