Xalq artisti Simarə İmanova yeni fotoları ilə diqqət çəkib. Müğənni fərqli makiyajı və saç düzümü ilə kamera qarşısına keçib. Sənətçi yeni görünüşü ilə demək olar ki, tamamilə dəyişib və tanınmaz halda olub. Onun paylaşımı qısa zamanda izləyicilərin diqqətini çəkib.
Xalq artisti Qaynarinfo-ya açıqlamasında bunun bir layihə olduğunu bildirib:
"Yeni bir klip çəkdirik. Bu görüntülər də həmin klipdən olan fotolardır. Layihə haqqında məlumat vermək istəmirəm. Yaxın günlərdə çəkilişlər yekunlaşacaq. Klipin təqdimatında bütün suallara aydınlıq gətirəcəm".
Xanəndə uzun illərdir yeni layihələrə imza atmamasından da danışıb:
"Çox uzun fasilə oldu. Amma yəqin ki, bundan sonra ara-sıra kliplər çəkiləcək".
Bahar Rüstəmli
Şərhlər