Dünya 12:11 21.09.2022

Polis ölən əsgərlərin yaxınlarını Yerablurdan zorla çıxardı (VİDEO)

Polis həlak olan hərbçilərin yaxınlarını İrəvandakı Yerablur hərbi panteonunun ərazisindən zorla çıxarıb. Kadrlarda bir neçə polis məmurunun yaşlı qadını kobud şəkildə skamyadan aşağı sürüyərək maşına aparması göstərilir.

Qaynarinfo bu barədə SE-yə istinadla xəbər verir.
 
Çərşənbə axşamı axşam ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın Müstəqillik Gününə təsadüf edən ənənəvi səfərlə ora daxil olmasına mane olmaq üçün bütün gecəni panteonda növə çəkmək niyyətində olduqlarını bildiriblər.

Valideynlərin qəzəbinə baş nazirin kinli və yersiz hesab etdikləri bəzi açıqlamalar səbəb olub. Nəticədə, baş nazir buna baxmayaraq, panteonun ərazisinə sərbəst daxil ola bilib.

Sentyabrın 21-də Ermənistanda Müstəqillik Günü qeyd olunur. Həmin gün üçün "Çağımızın qəhrəmanı” mükafatlandırma mərasimi təyin edilmiş olsa da, qeyri-müəyyən müddətə təxirə salınıb. Bu il üçün başqa tədbirlər nəzərdə tutulmayıb.
 
Alpər