Xəbər lenti

Ölkə 15:04 28.04.2023

Polis rəisi vəzifəsindən azad olundu, DİN-də vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının Şərur Rayon Polis Şöbəsinə rəisi işdən azad olunub.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Nəsib İsmayılov Polis Şöbəsinin rəisi vəzifəsindən çıxarılıb.

Başqa bir əmrlə Nəsib İsmayılov Naxçıvan Daxili İşlər Nazirliyində müvafiq vəzifəyə təyin edilib.

Naxçıvan daxili işlər nazirinin digər əmri ilə polis polkovniki Orxan Axundzadə Şərur Rayon Polis Şöbəsinin rəisi təyin olunub.

Qeyd edək ki, O. Axundzadə bundan öncə Bakının Səbail Rayon Polis Şöbəsində çalışıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->