Portuqaliyanın İspaniya ilə sərhədin yaxınlığında yerləşən Kastelo Branko əyalətində meşə yanğınları ötən həftədən bəri davam edir.
Qaynarinfo xəbər verir ki, 1300 yanğınsöndürən, 10 helikopterin iştirakı ilə yanğının 90%-nə nəzarət etmək mümkün olub.
Hadisə 12-si yanğınsöndürən olmaqla 31 nəfərin yaralanmasına səbəb olub.
8500 hektar meşə ərazisini əhatə edən yanğının başlamasında şübhəli bilinən 55 yaşlı kişi həbs edilib.
Gülşən
Şərhlər