Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, dövlət başçısı Qasım Vəli oğlu Əliyevi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edib.
Qeyd edək ki, Q.Əliyev 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri idi.
Prezidentin başqa bir sərəncamı ilə Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.
Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür.
Şərhlər