Xəbər lenti

Prezident Qoşqar Təhməzliyə müavin təyin etdi
Ekonomiks 12:40 06.07.2026

Prezident Qoşqar Təhməzliyə müavin təyin etdi

Əli Tahir oğlu Nəbiyev Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini vəzifəsinə təyin edilib.

Qayanrinfo-nun məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

O bu vəzifədə Balarəhim Mirzəağa oğlu Quliyevi əvəz edib.

Qeyd edək ki, Əli Nəbiyev bu təyinatadək Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlidir.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->