Bolqarıstanın müdafiə naziri Todor Taqarev bildirib ki, Qara dənizin müdafiəsi NATO-nun strateji konsepsiyasında prioritetdir.
Qaynarinfo Bolqarıstan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən
xəbər verir ki, o, bu barədə Varnadakı Ali Dəniz Məktəbinin kursantları qarşısında müvafiq bəyanatla çıxış edib.
Taqarev qeyd edib ki, son illər Qara dəniz hövzəsi son 78 ildə Avropada ilk genişmiqyaslı müharibənin şahidi olub.
O əlavə edib ki, son vaxtlar Qara dənizdə NATO-ya üzv ölkələrə qarşı təxribatların sayı artıb.
"Dəyişən vəziyyətlə əlaqədar olaraq, NATO öz strateji konsepsiyasında Qara dənizin mühafizəsini prioritet istiqamətə çevirib. Qara dəniz təhlükəsizlik, eləcə də Alyansa üzv olan bütün region ölkələrinin iqtisadiyyatı, nəqliyyatı və ekologiyası üçün son dərəcə vacibdir”, - Bolqarıstanın müdafiə naziri bildirib.
Onun sözlərinə görə, bu, Bolqarıstan Hərbi Dəniz Qüvvələrinin rolunu və məsuliyyətini xeyli artırır və onların sürətləndirilmiş modernləşdirilməsi və Alyansa üzv olan digər ölkələrin silahlı qüvvələri ilə sıx inteqrasiyası və qarşılıqlı fəaliyyəti üçün ciddi investisiyalar tələb edir.
Xatırladaq ki, aprel ayında Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Qara dənizin də Baltikyanı kimi NATO dənizinə çevrilməli olduğunu deyib.
Alpər
Şərhlər