Xəbər lenti

Avroliqa:
İdman 22:45 03.10.2024

Avroliqa: "Qarabağ" ikinci oyunda da uduzdu

"Qarabağ” bu gün Avropa Liqasının Liqa mərhələsində növbəti oyununa çıxıb.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Bakıda "Malmö”nü qəbul edib.

Komandamız matça aktiv başlayıb. Hesabı Olaviyo Juninyo açıb. Lakin qonaqlar oyunda dönüş yaratmağı bacarıb. 2 qol vuran Erik Botyem isveçlilərə qələbə qazandırıb.

"Qarabağ” ilk oyunda "Tottenhem”ə (0:3), "Malmö” isə "Reyncers”ə (Şotlandiya) uduzub (0:2).

Avropa Liqası
Liqa mərhələsi
II tur

3 oktyabr
Qarabağ (Azərbaycan) - Malmö (İsveç) 1:2
Qollar: Juninyo, 15 - Erik Botheym, 20; 53.
Qarabağ: 97. Fabian Buntiç, 6. Julio Romao, 7. Yassin Benzya, 10. Abdullah Zubir (k), 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. Olavio Juninyo, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 66. Patrik Andrade, 81. Kevin Medina.
Ehtiyat oyunçular: 12. Sadiq Məmmədzadə, 99. Mateuş Koxalski, 8. Marko Yankoviç, 11. Emmanuel Adday, 20. Riçard Almeyda, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 24. Aleksey İsayev, 27. Toral Bayramov, 55. Bədavi Hüseynov, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.
Malmö: 27. Yohan Dahlin, 8. Serxio Pena, 9. İsaak Kyese Telin, 10. Anders Kristiansen (k), 16. Oliver Berq, 17. Yens Striger, 18. Pontus Yansson, 19. Kolin Röster, 20. Erik Botheym, 23. Lasse Berq Yonsen, 25. Qabriel Busanello.
Ehtiyat oyunçular: 1. Rikardo Fridrix, 30. Yoakim Persson, 4. Soren Rieks, 7. Otto Rozenqren, 13. Martin Olsson, 14. Sebastyan Yorgensen, 22. Taha Ali, 32. Daniel Qudyonsen, 34. Zakaria Lukili, 35. Nils Zattersrom, 37. Adrian Skoqmar, 36. Huqo Bolin.
Baş məşqçi: Henrik Ridström.
Baş hakim: Anastasios Papapetru.
Tofiq Bəhramov adına Respublika stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->