Xəbər lenti

LVMH 10 il
Dünya 18:36 03.10.2024

LVMH 10 il "Formula 1"ə sponsorluq edəcək - 1 milyard avro...

Dünyanın ən böyük lüks mallar istehsalçısı LVMH "Formula 1" ilə növbəti yarış mövsümündən qüvvəyə minəcək və 10 il müddətinə nəzərdə tutulmuş sponsorluq müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilə LVMH qrupuna daxil olan "Louis Vuitton", "Moet Hennessy", "TAG Heuer" və s. kimi brendlərin iştirakı ilə tədbirlərin birgə keçirilməsini, eksklüziv məhsul və məzmunun buraxılmasını nəzərdə tutur. Razılaşmanın tərəfləri 2025-ci ildə daha ətraflı məlumat verəcəklərini vəd edirlər.

"Bloomberg"ə görə, LVMH və "Formula 1" arasında 10 illik tərəfdaşlıq 1 milyard dollardan çox ola bilər. Bu ildə 100 milyon dollar deməkdir. LVMH bu yay Parisdə keçirilən Olimpiya və Paralimpiya Oyunlarının əsas sponsoru olub və yarışlara 166 milyon dollar sərmayə qoyubŞirkət ötən il Las Vegas Formula 1 üzrə Qran Priyə sponsorluq edib.

Mütəxəssislər indi hesab edirlər ki, dəbdəbəli mallara tələbin azalması səbəbindən LVMH idmana artan investisiya tendensiyasından və geniş auditoriyaya çıxışdan yararlanmaq istəyir. LVMH-dən əvvəl İsveçrənin "Rolex SA" şirkəti 2013-cü ildən "Formula 1" tədbirlərinin sponsoru olub. Avtomobil yarışlarının təşkilatçısı ilə müqavilənin itirilməsi, "Bloomberg"in qeyd etdiyi kimi, İsveçrə saat istehsalçısı üçün zərbə ola bilər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->