Xəbər lenti

Koronavirus pandemiyası Ayın temperaturuna təsir edib - Alimlər
Dünya 23:17 03.10.2024

Koronavirus pandemiyası Ayın temperaturuna təsir edib - Alimlər

Əhmədabaddakı Hindistan Fizika Tədqiqat Laboratoriyasının alimləri COVID-19 pandemiyası zamanı Ayın temperaturunun azaldığını aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Oxford Academic" portalı məlumat yayıb.

"Bu müddət ərzində gecə Ayın səthinin temperaturunda anormal bir azalma kimi görünən COVID-19 kilidinin təsirlərini yaşamış ola bilər", deyə qeyd edilib.

Alimlər hesab edirlər ki, bu fenomenin səbəbi bütün planetdə karantin zamanı insan fəaliyyətinin azalması səbəbindən Yerin buraxdığı radiasiya səviyyəsinin azalması ola bilər.

Əvvəllər Vaşinqton Universitetinin (UW) bioloq alimləri müəyyən etmişdilər ki, COVID-19 pandemiyası zamanı təcrid yeniyetmələrin, əsasən də qızların beyinlərinin inkişafını sürətləndirə bilər. Nəşrin müəllifləri hesab edirlər ki, tədqiqatın nəticələri qadın beyninin kişi beyninə nisbətən karantinin səbəb olduğu həyat tərzi dəyişikliklərinə daha çox həssas olduğunu göstərir.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->