Xəbər lenti

Qatilləri tapmaq üçün yeni kompüter proqramı yaradıldı
Dünya 19:33 19.10.2020

Qatilləri tapmaq üçün yeni kompüter proqramı yaradıldı

Rusiyada süni intellekt əsasında zəncirvari qətllər törədən qatillərin axtarış portretini yaratmağa kömək edən proqram yaradılıb.

 

Qaynarinfo xəbər verir ki, bu barədə RT Rusiya İstintaq Komitəsinin Elmi Tədqiqat Kriminalistika İnstitutunun rəhbəri Aleksey Bessonova istinadən məlumat dərc edib.


O, mütəxəssislərin izi itirməyə çalışdıqları zaman qatillərin davranışlarında bir sıra qanunauyğunluqlar aşkar etdiklərini bildirib. Beləliklə, 186 manyak və təcavüzkar tərəfindən törədilən 1000-dən çox epizodu, o cümlədən Çikatilo (58 qurban) və Popkov (80-dən çox məlum cinayət) işlərinin araşdırılması təcrübəsini təhlil edərək, mütəxəssislər bir cinayətkarın axtarış portretini yaratmağa kömək edən alqoritm hazırlayıblar.

 

Mütəxəssislər hadisə yerinə baxışdan, qurbanın xüsusiyyətlərindən (cinsindən, yaşından) və törədilən cinayətdən (hücum növü, silah) ilkin məlumatları siyahıya daxil edib, bundan sonra proqram bir neçə dəqiqə ərzində cinayətkarın axtarış portretini tərtib edib.

 

Proqram üç il ərzində yaradılaraq sınaqdan keçirilib.

 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->