Ölkə 23:06 09.10.2023

Qaxda ayı rayon sakininə xəsarət yetirdi

Qaxda ayı rayon sakininə xəsarət yetirib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Sarıbaş kəndində, dağlıq ərazidə baş verib.

Belə ki, kənd sakini Fəxri Şahmiddin oğlu Babayev çobanlara atla ərzaq apararkən ayı hücumuna məruz qalıb. Ayı Fəxri Babayevi atdan salmaq istəyən zaman o, heyvanı təpiklə uzaqlaşdırmaq istəyib. Bu zaman ayı onun ayaqlarını dişləyib. Özünü itirməyən F.Babayev onu qorxuda bilib və ayı ərazidən qaçaraq uzaqlaşıb.

F.Babayev Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib və ambulator müalicə almaq şərtilə evə buraxılıb.