Xəbər lenti

“Qazaxıstanlı Vanqa”nın 2021 üçün proqnozları: Sərhədlər dəyişir...
Dünya 19:11 27.10.2020

“Qazaxıstanlı Vanqa”nın 2021 üçün proqnozları: Sərhədlər dəyişir...

Müasir dövrün "Qazaxıstanlı Vanqası” kimi tanınmış görücü Vera Lionun gələcəklə bağlı proqnozları demək olar, bütün dünyada məşurdur. Bu "cadugər”in proqnozlarının əksəriyyəti gerçək olub, buna görə çoxlarının onun 2021-ci il üçün proqnozları ilə maraqlanması təəccüblü deyil. Vera Lionun 2021-ci il üçün proqnozuna görə, bu dövr müxtəlif hadisələrlə zəngin olacaq, ancaq dünyada heç bir qlobal dəyişikliyə səbəb olmayacaq və bu səbəbdən də bəşəriyyətin məhviylə bağlı qorxmağa gərək yoxdur.


Qaynarinfo xəbər verir ki, Vera Lion çox sayda "uçan avtomobilin” 2021-ci ildə satışa çıxarılacağını deyib. Yeni tipli bir kosmik gəmisi yaradılacaq, onun köməyi ilə Aya yeni, tam bir ekspedisiya etmək mümkün olacaq.


2021-ci ildə dünyaya yağacaq buz yağışları üzündən dünya okeanının sahəsi artmalıdır. Bəzi ölkələr arasında sərhədlər dəyişəcək. Yeri gəlmişkən, onlar Rusiyaya da təsir edəcəklər. Bununla birlikdə, qazaxıstanlı görücü Uzaq Şərqdəki adaların hələ də Rusiya Federasiyasının bir hissəsi olaraq qalacağını qeyd edib.


Dünyanın siyasi arenasında müəyyən dəyişikliklər olacaq. Buna tanınmış rus siyasətçilərindən birinin ölümü çox təsir edəcəkdir. Vera Lion onun adını açıqlamayıb.


Vera Lion 2021-ci il üçün Rusiya ilə bağlı bu məqamları qeyd edib:


- xarici dövlətlər tərəfindən tətbiq olunan sanksiyaların əksəriyyəti ləğv ediləcək, buna cavab olaraq Rusiya güzəştə getməyəcək və sanksiyalarını qüvvədə saxlayacaq;


- dolların sərbəst dövriyyəsi ləğv ediləcək;


- Rus alimləri bu günə qədər bəşəriyyətə məlum olmayan inanılmaz gücdə yeni silahlar icad edəcək;


- təlim sınaqları və ya elmi araşdırmalar nəticəsində nüvə partlayışı baş verəcək (itkilər minimum olacaq).


Vera Lionun 2021-ci ilə dair proqnozlarının həyata keçib-gəlməyəcəyini zaman göstərəcək. Bizi isə indi yalnız Azərbaycan sərhədlərinin tam bərpa olunması maraqlandırır...

 

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->