"Formal hüquqi yanaşma var, istəlinən bir sənəd ölkənin əsas qanununa uyğun olmalıdır”.
Bunu Qaynarinfo-ya Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli "Ermənistan Qarabağ məsələsinə görə, Konstitusiya dəyişikliyinə gedə bilərmi” sualını cavablandırarkən deyib. Sədr bildirib ki, 1991-ci ildə ermənilərin müstəqillik bəyannaməsi qəbul olunanda Azərbaycanın Dağlıq Qarabağ ərazisi qanunsuz olaraq Ermənistan ərazisi kimi göstərilib və sonra Ermənistan Konistitusiyası qəbul olunanda həmin o müstəqillik bəyannaməsinə istinad olunub:
"Yəni, bu gün Ermənistan Konistitusiyası keçmiş Dağlıq Qarabağın ərazisini faktiki olaraq özünə ilhaq edilmiş kimi qiymətləndirir. Bu baxımdan, təbii ki, Azərbaycan tərəfi çalışır ki, sülh müqaviləsində Ermənistanın Azərbaycana ərazi iddialarından əl çəkmək məsələsi öz əksini tapsın. Yəni, Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü nəzarə alınsın. Düzdür, formal baxımdan İrəvan keçmiş Dağlıq Qarabağı öz ərazisi hesab edir, amma digər tərəfdən Dağlıq Qarabağı "müstəqil respublika” kimi də qiymətləndirir. Qondarma "DQR”i müstəqil bir dövlət kimi tanıya bilmirlər, amma hesab edirlər ki, Dağlıq Qarabağ müstəqil bir respublikadır”.
Partiya sədri onu da əlavə edib ki, belə siyasi kurs ilk növbədə elə Ermənistan Konistitusiyasına zidd olan siyasətdir: "Hesab edirəm ki, ilk növbədə sülh müqaviləsi imzalananda hər bir dövlət üzərinə müəyyən şərtlər götürməlidir. Daha sonra həmin öhdəliklər konistitusiyalara uyğun olaraq təsdiq etməlidir və yaxud da konistitusiyalarına uyğun deyilsə, əsas qanunun öhdəkilərə uyğunlaşdırılması istiqamətində iş görülməlidir. Bu baxımdan, ilk növbədə əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanıyırsa və bu miqyasda razılaşma varsa, İrəvan bunu öz Konstitusiyasında da təsbit etməlidir. Ermənistan sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını etiraf edir. Amma bunu faktiki olaraq hüquqi cəhətdən rəsmiləşdirmək lazımdır. Onu rəsmiləşdirməyin bir forması da Konistitusiya dəyişikliyidir. Təbii ki, Ermənistan sülh müqaviləsi imzalanmazdan əvvəl də buna gedə bilər, ya da sülh müqaviləsi bağlanılandan sonra da gedə bilər. Sadəcə olaraq, İrəvana "müstəqillik bəyannaməsi”ndən imtina etmək lazımdır. Azərbaycana ərazi iddiaları həmin o müstəqillik bəyannaməsində öz əksini tapıb. Bu ifadəni mətndən çıxartmaq isə o deməkdir ki, artıq Ermənistan hüququ cəhətdən Azərbaycanın ərazi iddialarından əl çəkib. Bu gözlənilən prosesdir”.
Qeyd edək ki, Konstitusiya hüququ sahəsi üzrə ekspert Vardan Poqosyan deyib ki, Ermənistanın imzaladığı istənilən beynəlxalq sənəd ilk növbədə ölkənin fundamental qanunlarına uyğun olmalıdır: "Əgər sülh müqaviləsində Ermənistanın de-fakto və ya de-yure "Artsax”ın öz müqəddəratını təyinetmə hüququndan imtina etdiyi müddəalar varsa, o zaman ölkənin Konstitusiya Məhkəməsi sənədin Konstitusiyaya və Müstəqillik Bəyannaməsinə zidd olduğunu qeyd etməli olacaq".
Bahar Rüstəmli
Şərhlər