Dünya 10:10 10.07.2022

Qurban bayramının fəlsəfəsi - Qurban əti kimlərə paylanmalıdır? (VİDEO)

Qurban bayramı islam aləmində ən müqəddəs bayramlardan biridir. İsmayıl qurbanı insanlığın dirilişi hesab olunur. İnsanlar allah yolunda qurbanlar kəsib ehtiyacı olanlara paylayırlar. Bayramın özəlliyi odur ki, kəsilən qurbanlar kortəbii seçmə əsasında təsadüfi şəxslərə deyil, məhz ehtiyyacı olan imkansızlara paylanmalıdır.

Bu gün əzəmətli gündür..Fədakarlığı örnək edən, gözəl amal uğrunda ən qiymətlisindən belə keçməyi öyrədən bir gündür bu gün..Qurban bayramı bizim üçün bir çağırışdır. İmkansız insanlara sevinc yaşatmaq, onlara bayaram əhval-ruhiyyəsi bəxş etmək nümunəsidir bugün...

Qurban bayramın əsas məqsədlərindən biri imkansız insanlara cəmiyyətin bütövlüyünü, birlik və həmrəyliyini, onların yanında olduğunu hiss etdirməkdir.

Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, ilahiyyatçı Ağasəid Yaqubov deyir ki qurbanların kəsilib paylanmasında əsas meyar ehtiyac amilidir. 
İlahiyyatçının sözlərinə görə bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. 

İlahiyyatçının sözlərinə görə qurban bayramının fəlsəfəsi, ramazanda olduğu kimi xeyirxahlıq, paklıq,mərhəmətdir. Kəsilən qurbanların qəbul olması diləyi ilə.